YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sahibə Qafarova: Bələdiyyə seçkiləri ölkəmizin demokratik inkişafı baxımından irəliyə doğru atılmış növbəti addımdır

«Bələdiyyə seçkiləri Azərbaycanda seçki ənənəsinin möhkəmlənməsi və ölkəmizin demokratik yolla inkişafı baxımından irəliyə doğru atılmış növbəti addımdır. Bələdiyyə seçkilərinin yüksək demokratik standartlara uyğun, qanunverciliyin tələblərinə müvafiq şəkildə keçirilməsi üçün hər cür şərait yaradılmışdı». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Sahibə Qafarova deyib.

S.Qafarova bildirib ki, əvvəlki bələdiyyə seçkiləri ilə müqayisədə bu seçkilərdə seçicilərin fəallığı olub. Onun sözlərinə görə, vətəndaşların bələdiyyələrin fəaliyyəti və ümumiyyətlə, yerli özünüidarəetmə strukturlarının dövlətin inkişafındakı rolu haqqında əvvəlki dövrlərdən daha çox məlumatlı olması bələdiyyə seçkilərində xalqımızın daha fəal olmasını şərtləndirib.

«Ümumən, bu seçkilərin yüksək səviyyədə təşkil olunduğunu və demokratik standartlara tam cavab verdiyini söyləyə bilərik. Ümidvaram ki, seçkilərdə qalib gələrək bələdiyyələrə seçiləcək namizədlər onlara göstərilən etimada layiq olacaqlar. Bələdiyyələr ölkəmizin inkişafında mühüm rol oynayır. Azərbaycan gücləndikcə, imkanları artdıqca bələdiyyələrin də məsuliyyəti, işi, vəzifələri artır.  Ona görə də, bələdiyyə üzvləri bu məsuliyyəti dərk edib, respublikamızın inkişafına öz töfhələrini verməlidir ki, etimadı doğrultsunlar. Yeni üzvlərin bu etimadı doğruldacaqlarına inanırıq»- deyə, S.Qafarova qeyd edib.