YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mübariz Qurbanlı: Azərbaycan praqmatik və effektiv strategiya nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəlib

«Azərbaycan son illər ərzində həm bölgədə, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Azərbaycanın inkişaf strategiyası Ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış və bu gün bu strateji kursu uğurla davam etdirən Prezident İlham Əliyev ölkənin sürətli tərəqqisini təmin etmişdir. 2014-cü ildə də Prezidentimizin rəhbərliyi ilə Azərbaycanın dinamik inkişafı davamlı xarakter daşımışdır». Bu fikirləri yap.org.az saytına Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, 2014-cü ildə Azərbaycan sosial-iqtisadi sahələrdə də bir sıra uğurlar qazanmışdır. Onun sözlərinə görə, ümumi daxili məhsulun artımı, sənaye və kənd təsərrüfatı istehsalının yüksəlməsi, yeni iş yerlərinin açılması, bütövlükdə əhalinin real gəlirlərinin artması, rihafının yaxşılaşması və s. kimi faktorlar bütövlükdə dövlətlərin inkişafının indikatorlarıdır.

«Əlbəttə ki, hər bir dövlətin inkişaf səviyyəsi müəyyənləşdirilərkən, beynəlxalq təşkilatların, maliyyə qurumlarının hesabatları nəzərə alınır. Məhz burada tərtib olunmuş reytinq sıralamalarında dövlətlərin inkişafının ilkin göstərici qismində investisiya cəlbetmə baxımından hansı üstünlüyə malik olması təsvir edilir. Aydındır ki, cənab Prezident İlham Əliyevin rəhbərliyilə həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun nəticəsi olaraq, Azərbaycan iqtisadi sahədə keçid dövrünü arxada qoymuşdur. Əlbəttə ki, bu gənc bir dövlət üçün çox ciddi bir göstəricidir. Hazırda Azərbaycan dünyada inkişaf etməkdə olan ölkə hesab olunur. Amma dövlətimiz digər bu təsnifata daxil olan ölkələrdən fərqli olaraq, yürüdülən praqmatik və effektiv strategiya nəticəsində inkişafın keyfiyyətcə yeni mərhələsinə yüksəlib»- deyə, M.Qurbanlı vurğulayıb.