YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Niyazi Səfərov: «Sənaye ili» çərçiəvsində ölkəmizə 40 yaxın orta və iri sənaye müəssisələri yaradılıb

«Azərbaycanda sənayenin inkişafı prioritet istiqamətlərdən biridir». Bu fikri iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov deyib.

N.Səfərov bildirib ki, müstəqillik dövründə ölkəmizdə sənayenin inkişafı Ümummilli liderimiz Heydər Əliyevin müəllifi olduğu neft strategiyası ilə bağlıdır. Onun sözlərinə görə, 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması ilə sənayenin inkişafına başlanılıb.

«Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub. Bu baxımdan, sənayenin inkişafı da xüsusi vurğulanmalıdır. 2014- «Sənaye ili» çərçiəvsində ölkəmizə 40 yaxın orta və iri sənaye müəssisələri yaradılıb. 30-dan çox sənaye müsəssisəsi ilə hazırda qurulmaqdadır. Ümumilikdə, ölkəmiz sənaye məhsullarının istehsalında və rəqabətqabiliyyətliyin artmasında ciddi nəticələr əldə etməkdədir. Məhsullarımızın  xarici bazarlara çıxarılmasında göstəricilər yüksəlir ki, bu da rəqabətqabiliyyətliliyin artımının nümunəsidir»- deyə, nazir müavini vurğulayıb.