YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qazax rayon təşkilatında videokonfrans keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının COVİD-19 pandemiyası qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təşəbbüsünə həsr olunan videokonras keçirib. Videokonfransda çıxış edən YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov Prezident İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi Sessiyasının təşkil olunması barədə tarixi təşəbbüsünün dünyanın 130-dan çox dövləti tərəfindən dəstəklədiyini qeyd edib və vurğulayıb ki, bu dəstək ölkəmizin beynəlxalq aləmdə qazandığı nüfuzun göstəricisidir. COVİD-19 ilə mübarizə çərçivəsində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən regional və qlobal müzakirələrin aparıldığını, pandemiyanın insan sağlamlığına, o cümlədən iqtisadi sabitliyə təsirlərinin minimuma endirilməsi yönündə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslərin irəli sürüldüyünü vurğulayın H.Pənahov ölkəmizin bu istiqamətdə əməli addımlar atdığını deyib. YAP Qazax rayon təşkilatının sədri ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində aparılan təxirəsalınmaz tədbirlərdən danışıb.

Videokonfransda  YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü, YAP Qazax rayon təşkilatı İdarə Heyətinin üzvü Valeh Vəliyev, Qazax şəhər 3 saylı tam orta məktəb ərazi ilk partiya təşkilatının sədri Tahirə Xasməmmədova çıxış ediblər. Çıxış edən natiqlər Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin BMT Baş Assambleyasının  Xüsusi Sessiyasının təşkil olunması təşəbbüsünün dəstəklənməsini yüksək etimadın göstəricisi, Azərbaycan Prezidentinin növbəti tarixi uğuru kimi dəyərləndiriblər. Videokonfrans iştirakçıları Prezident İlham Əliyevin təşəbbüsü ilə çağırılacaq BMT Baş Assambleyasının xüsusi sessiyasının pandemiya ilə mübarizədə mühüm rol oynacağına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəyinə əminliklərini dilə gətiriblər.