YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ankarada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd olunub

Ankarada 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri təşkil olunub. Tədbirdə Türkiyədəki səfirliyimizin əməkdaşları, diaspor nümayəndələrimiz, elm və incəsənət xadimləri, qardaş ölkədə təhsil alan tələbələrimiz və müxtəlif ictimai birliklərin əməkdaşları iştirak ediblər.
Azərbaycanın Türkiyədəki səfirliyindən verilən məlumata görə, bayram tədbirində çıxış edən səfirliyin təhsil müşaviri Nəcibə Nəsibova ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün təyin olunmasından, Azərbaycançılıq məfkurəsinin formalaşmasında Ulu Öndərin həyata keçirdiyi siyasətin əhəmiyyətindən bəhs edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dünya azərbaycanlılarına müraciəti tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Sonra bir qrup azərbaycanlı tələbəyə səfirliyin təşəkkürnamələri təqdim olunub.
Azərbaycanlı tələbələr geniş musiqi proqramı ilə çıxış ediblər.
Tədbir ziyafətlə davam etdirilib.