YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Ermənistan informasiya təxribatı vasitəsilə Azərbaycanın informasiya məkanına müdaxilə etməyə çalışır

“Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhədin Tovuz rayonu istiqamətində törətdiyi təxribat zamanı istər hərbi texnika, istərsə də canlı qüvvə baxımından ciddi itkilər verərək geri oturduldu. Bundan sonra işğalçı Ermənistan müxtəlif istiqamətlərdə yeni siyasi-diplomatik və informativ təxribatlara əl atmağa başladı. İlk növbədə, müxtəlif regional və beynəlxalq təşkilatlara yalan informasiyalar ötürməklə Azərbaycanı ittiham etməyə çalışdı. Lakin heç bir dövlət və beynəlxalq təşkilatdan arzu etdiyi münasibəti görə  bilmədi. Hətta ən çox ümid etdiyi və münaqişəyə tərəf kimi cəlb etmək istədiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı belə Ermənistanın çağırışı ilə heç formal toplantı belə keçirmədi”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Hikmət Babaoğlu deyib.

 

Millət vəkili bildirib ki, indi isə Ermənistan informasiya təxribatı vasitəsilə Azərbaycanın informasiya məkanına müdaxilə etməyə çalışır, ölkəmizdə mövcud olan ictimai həmrəyliyi pozmağa cəhd göstərir: “Müxtəlif vasitələrlə sosial media platformasına guya Azərbaycanın öz itkilərini gizlətdiyi ilə bağlı dezinformasiyalar ötürür. Bu, düşmənin informasiya təxribatıdır. Əsla və əsla bu təxribat xarakterli, yalan məlumatlara inanmaq, onu ciddiyə almaq olmaz. Əslində, itkiləri gizlədən Ermənistandır və işğalçı ölkənin sosial mediası bu cür xəbərlərlə doludur. Sosial media iştirakçıları çoxsaylı erməni hərbçilərinin şanlı ordumuz tərəfindən öldürülməsi ilə bağlı arqumentləşdirilmiş xəbərlər yaysa da, işğalçı ölkənin rəsmi qurumları hələ də bunu etiraf etmək istəmirlər. Ancaq  operativ əməliyyatla bağlı Azərbaycanın rəsmi qurumlarının yaydığı videogörüntülərdən də aydın olur ki, düşmən canlı qüvvə  baxımından da çoxsaylı itiki verib. Hazırda erməni tərəfi bu görüntülərin işğalçı ölkədə də izlənildiyini bilir və bunu ört-basdır etmək üçün vəziyyəti, bir növ, balanslaşdırmaq istəyir. Ona görə də bizim sosial media məkanımıza yalan informasiyalar ötürməklə öz etdiyini, yəni itkiləri gizlətməsi əməlini guya Azərbaycan edirmiş kimi bir rəy formalaşdırmağa çalışır. Bu, reallığı əks etdirmir və sosial şəbəkə iştirakçılarımızın heç biri düşmənin bu informasiya təxribatı tələsinə düşməməlidir”. 

“Erməni təxribatı başlayandan bəri Müdafiə Nazirliyinin müvafiq strukturları heç bir halda hadisə ilə bağlı informasiya qıtlığının yaranmasına yol vermədilər, real informasiyanı Azərbaycan mediası və ictimaiyyəti  ilə bölüşdülər. Biz buna inanmalıyıq və əsla düşmən təxribatının media məkanımızı və nəticə etibarilə, ictimai rəyimizi manipulyasiya etməsinə izin verməməliyik”,-deyə Hikmət Babaoğlu əlavə edib.

 

DİGƏR Xəbərlər Arxiv