YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bayram Səfərov: Biz inanırıq ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək

«Münaqişənin həlli istiqamətində qətiyyətli olmalı olan qurumlar hələ də ikili standartları davam etdirir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll olunmalıdır». Bu fikirləri «Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması» İctimai Birliyinin sədri, Şuşa rayonu İcra Hakimiyyətinin başçısı  Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, biz bu istiqamətdə beynəlxalq qurumlardan qətiyyərli mövqe gözləyirik. Onun sözlərinə görə, beynəlxalq təşkilatların bu gün münaqişənin həllində daha yaxından fəaliyyət göstərməsi zəruridir. 

«Beynəlxalq qurumlar ikili standartlara son qoymalıdır. Münaqişənin konstruktiv həll olunması və 1 milyon məcburi köçkünün öz doğma torpaqlarına qayıtmasının zəruridir»- deyə, B.Səfərov vurğulayıb. O deyib ki, Ermənistanın işğalı nəticəsində Şuşa rayonunun əhalisi  məcburi köçkün həyatı yaşayır və insanlar respublikanın bir rayonlarnıda məskunlaşıblar.

«Hökumətimiz bu insanların sosial problemlərinin həlli, həyat şəraitinin yaxşılaşdırılması istiqamətində zəruri addımlar atır. Amma bütün şuşalıların istəyi doğma torpaqlarımıza qayıtmaqdır. Biz inanırıq ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində torpaqlarımız işğaldan azad ediləcək»- deyə,B.Səfərov qeyd edib.