YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti sayəsində ötən müddət ərzində əldə edilmiş nailiyyətlər gələcəyə optimist baxmağa imkan verir

«Cari il ərzində həyata keçirilən tədbirlər, institusional islahatlar və qazanılmış uğurlar Azərbaycan dövlətinin qüdrətinin artmasında ifadə olunub. Azərbaycan iqtisadi inkişafına, sosial-siyasi sabitliyə, beynəlxalq müstəvidə əldə etdiyi nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli və əzəmətli bir dövlət kimi çıxış etməkdədir. Bu da öz növbəsində Azərbaycanın beynəlxalq müstəvidə rolunu və əhəmiyyətini artırıb»- bu fikirləri  YAP Sədrinin müavini Əli Əhmədov vurğulayıb.

Əli Əhmədov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasəti sayəsində ötən müddət ərzində əldə edilmiş nailiyyətlər gələcəyə optimist baxmağa imkan verir. Bu baxımdan, 2015-ci ilin də Azərbaycanın inkişafı nöqteyi-nəzərindən kifayət qədər uğurlu, səmərəli və məhsuldar olacağını deyən, Baş nazirin müavini bildirib ki, ayrı-ayrı sahələrdə həyata keçirilən islahatlar davam etdiriləcək, bunun fonunda iqtisadi, siyasi, mədəniyyət, idman müstəvisində ardıcıl uğurlar əldə ediləcək.

«Ümumiyyətlə, 2015-ci il Azərbaycan üçün bir neçə istiqamətdə əlamətdar olacaq. Gələn il ölkəmizdə parlament seçkiləri keçiriləcək. Hesab edirəm ki, əsaslı ictimai-siyasi sabitliyin və dinamik iqtisadi inkişafın fonunda Azərbaycan xalqının alternativsiz seçimi olan Yeni Azərbaycan Partiyası növbəti dəfə möhtəşəm qələbə qazanacaq. Bu seçkilər Azərbaycanın demokratik inkişaf tarixinin növbəti səhifəsi olacaq. Bununla yanaşı, 2015-ci ildə Azərbaycanda I Avropa Olimpiya Oyunları baş tutacaq. Qeyd edim ki, I Avropa Olimpiya Oyunlarının Azərbaycanda - Bakı şəhərində keçirilməsi haqqında qərarın qəbul edilməsi tarixi önəm kəsb edir. Belə bir qərarın qəbul olunması Avropa idman ictimaiyyətinin Azərbaycana etimadından xəbər verir.

2015-ci ildə Azərbaycanın dinamik inkişafının davam edəcəyinə inandığımı  ifadə etmək istəyirəm. Regionların sosial-iqtisadi inkişafı, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ayrı-ayrı sahələrin tərəqqisi, ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin miqyasının genişləndirilməsi və digər istiqamətlərdə həyata keçiriləcək tədbirlər inkişafın və nailiyyətlərin əsası kimi çıxış edəcək. 

Mən 2015-ci ilin Azərbaycan üçün uğurlu olacağına dərindən inanıram. Bu fikri söyləməyə əsas yaradan Prezident İlham Əliyevin iqtisadi siyasətinin obyektiv reallıqlara söykənməsi, səmərəli idarəçilik təcrübəsi, siyasi iradəsidir»- deyə, Əli Əhmədov vurğulayıb.