YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gövhər Baxşəliyeva: Türkdilli dövlətlərin birliyi onların dünyaya inteqrasiyasında xüsusi rol oynayır

«Qloballaşan dünyada inteqrasiya proseslərinin getdikcə daha böyük vüsət alır. Xalqlar və ölkələr sürətlə bir-birinə yaxınlaşır, hətta lokal və regional problemlər əksər halda beynəlxalq ictimaiyyətin müzakirəsinə çıxarılır. Təcridolunma, hansısa ölkənin özünü ayrıca bir dünya kimi təsəvvür etməsi artıq mümkün deyil». Bu fikirləri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bu, türkdilli ölkələrə də aiddir. Onun sözlərinə görə, Azərbaycanın, Qazaxıstanın, Qırğızıstanın, Türkmənistanın və Özbəkistanın siyasət, iqtisadiyyat, sosial həyat, hüquq və digər sahələrdə mühüm islahatlar aparırlar. Bütün bunlar isə onların dünya birliyinə inteqrasiyasında xüsusi rol oynayır.

Türkdilli xalqların əməkdaşlığının uğurlarından danışan G. Baxşəliyeva Ulu öndər Heydər Əliyevin türk dünyasının problemlərinə daim diqqət ayırdığını vurğulayıb: «Ulu öndər Heydər Əliyev İstanbulda İqtisadi əməkdaşlıq Təşkilatının II forumunun iştirakçılarına 5 iyul 1993-cü il tarixli müraciətində özünün türklük düşüncəsinin əsas aspektlərini açıqlamışdı: ayrı-ayrı türk dövlətlərinin müstəqilliyinin müdafiə olunması, türk dünyasının birliyinə çalışılması və həmin birliyin dünyada harmoniya yaradılmasına xidmət etməsi. Türk dünyasına məxsus, indi müstəqil dövlətlərə çevrilən sabiq sovet respublikaları ilə qonşuluq, dostluq və qardaşlıq münasibətlərinin bərpası və inkişaf etdirilməsi məhz həmin prinsiplərdən irəli gəlirdi. Azərbaycan indiyə qədər türk dövlətlərinin bütün sammitlərində iştirak edib, bu ittifaqı möhkəmləndirmək üçün əlindən gələni əsirgəməyib»- deyə, G.Baxşəliyeva qeyd edib.