YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Mirkişili: COVİD-19-un dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyillərin artmasına səbəb olub

“Yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması qlobal iqtisadiyyatda neqativ meyillərin artmasına, dünyanın enerji və səhm bazarlarında kəskin dalğalanmalara səbəb olub. İstər dünyada, istərsə də ölkəmizdə iqtisadi şərtlər kifayət qədər dəyişib”. Bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.

T.Mirkişili bildirib ki, son iki ayın təhlilləri göstərir ki, biz kifayət qədər ehtiyatlı olmalıyıq. Ona görə də, Prezident İlham Əliyevin tapşırığı ilə müvafiq qanun layihəsi hazırlanıb və sənəddə sosial xərclərə böyük önəm verilməsi, heç bir sosial paketin ixtisar olunmaması tövsiyə edilib.

“Koronavirus pandemiyası ilə bağlı dünyada baş verən proseslər Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib. Cari ilin mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib. Ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, gəlirlər və xərclər arasında tarazlığın pozulması təhlükəsini yaradıb. Pandemiyanın diktə etdiyi keyfiyyətcə yeni sosial və iqtisadi davranış mühitinin xüsusiyyətləri, səhiyyə sahəsinin artan ehtiyacları, əhalinin həssas sosial qruplarına, dövlət şirkətlərinə, sahibkarlıq subyektlərinə, kiçik və orta biznesə dövlət dəstəyinin göstərilməsinin davam etdirilməsi, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin daha da artırılması və digər dövlət ehtiyaclarının təmin edilməsi dövlət büdcəsinin xərclərinin artırılması ilə bağlı yeni çağırışları formalaşdırır”-deyə, komitə sədri vurğulayıb.