YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İlham Məmmədov: Karantin rejiminin uzadılması zəruridir

“Koronavirus pandemiyası ilə əlaqədar ölkəmizdə karantin rejiminin avqustun 31-dək uzadılması zəruridir. Azərbaycan hökuməti tərəfindən bu barədə qərar geniş araşdırılaraq, təhlil edilərək qəbul olunub. Bununla belə, sərt karantin rejimi nisbətən yumşaldılıb”. Bu fikirləri yap.org.az saytına müsahibəsində Milli Məclisin deputatı İlham Məmmədov deyib.

İ.Məmmədov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə əlaqədar daha üç ay fövqəladə vəziyyət elan edib. Doğrudur, bu şərti, tövsiyə xarakteri daşıyır. Lakin bu qərar COVID-19 infeksiyasının dünya üçün hələ təhlükə olaraq qaldığını göstərir.

Millət vəkilinin sözlərinə görə, dünya ölkələrinin təcrübəsi göstərir ki, yumşaldılmalara getdikcə virusun yenidən alovlanmaları baş verir. Cənub-Şərqi Asiya ölkələrində artıq üçüncü dalğa müşahidə olunur, o cümlədən Avropada, Yaponiyada və digər ölkələrdə epidemiyanın təkrar yayılması halları çoxalıb. Bəzi ölkələrdə isə yenidən sərhədlər bağlanır.
“Biz Azərbaycanda da virusun yenidən yayılması təcrübəsinin şahidi olmuşuq. Pandemiyanın yayıldığı ilk dövrlərdə tətbiq olunan xüsusi karantin rejimi sayəsində ölkəmizdə virusa yoluxmaların sayında azalma müşahidə olunurdu. Lakin yumşalmadan sonra yoluxmaların sayı artmağa başladı və hökumət yenidən karantin rejimini sərtləşdirmək məcburiyyətində qaldı. Yenidən bu vəziyyətlə üzləşməmək üçün bir müddət xüsusi karantin şəraitində yaşamağa məcburuq”-deyə, deputat qeyd edib.