YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Dövlət büdcəsində xərclərin optimallaşdırılması və perspektiv fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi dövrün tələbinə uyğundur

“Dünyada cərəyan edən pandemiya şəraitində sosial və iqtisadi durum hər kəsə bəllidir. Bu gün dünyanın bir çox ölkələrində iqtisadi tənəzzül müşahidə olunur, hətta sosial proqramlar ixtisar edilir. Eyni zamanda, 10 minlərlə iş yeri olmuş dünyanın transmilli korporasiyaları, böyük şirkətləri belə artıq ixtisarlara, xərclərin optimallaşdırılmasına gedirlər. Bu gün ölkələr var ki, orada 50-60 faizlik işsizlik formalaşıb, gün ərzində 26-30 milyon insan yalnız isti xörək üçün kilometrlərlə növbələrdə durur, ərzaq çatışmazlığı üzündən mağazalarda qarşıdurmalar baş verir”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, dünyada elə iqtisadi zonalar var ki, oraya daxil olan ölkələrə pandemiyanın vurduğu iqtisadi zərərləri aradan qaldırmaq üçün 400-500 milyard avro tələb olunur: “Yəni, səslənməyən bir çox sosial-iqtisadi problemləri də nəzərə alsaq, bu gün ümumən dünyada vəziyyət destabildir. Əlbəttə ki, belə bir məqamda Azərbaycan dövlətinin büdcəsində də xərclərin optimallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Təqdim olunan qanun layihəsinin təhlili də onu göstərir ki, burada söhbət heç bir sosial layihənin ixtisarından getmir. Əksinə, sosial və iqtisadi sahədə xərclərin optimallaşdırılması reallaşdırılır. Halbuki, bu gün bir sıra Avropa ölkələrində ya sosial layihələrin ixtisarını, ya da sosial öhdəliklərin yerinə yetirilməsində çatışmazlıqların, gecikmələrin olduğunu müşahidə edirik. Bu səbəbdən də, dövlət büdcəsində xərclərin optimallaşdırılması və perspektiv fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi dövrün tələbinə uyğundur. İndi elə bir zamandayıq ki, keçici də olsa, qənaət rejiminə keçilməli, mərhələli şəkildə ağır dövrü başa vurmalıyıq. Lakin bununla yanaşı karantin rejiminin də tələblərini pandemiya şəraitindən asılı olaraq yumşaltmalı, makroiqtisadi vəziyyətin sabitləşdirilməsinə nail olmalıyıq”.