YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rasim Musabəyov: Azərbaycan öz vətəndaşlarının geri qaytarılmasına çalışacaq

«Ermənistanın kütləvi informasiya vasitələrində Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurulmuş qondarma məhkəmə işinin və onun başa çatmasının heç bir hüququ əsası yoxdur». Bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, qondarma rejimin  “məhkəmə”si ilə Dilqəm Əsgərova ömürlük, Şahbaz Quliyevə isə 22 il cəza verilməsinin heç bir hüquqi qüvvəsi yoxdur. Onun sözlərinə görə, həm separatçı rejimin məhkəməsi, həm hakimləri, həm də ittihamları qondarmadır.

«O adamlar sadəcə olaraq ermənilər tərəfindən saxlanılan Azərbaycan girovlarıdır. Düşünürəm ki, rəsmi Bakı girovların azad edilməsi istiqamətində öz fəaliyyətini davam etdirəcək. Ümumiyyətlə, bu qondarma rejimi heç kim tanımır. Azərbaycan beynəlxalq təşkilatlar vasitəsilə  öz vətəndaşlarının geri qaytarılmasına çalışacaq»- deyə, R.Musabəyov qeyd edib.