YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Həsənov: Gənclər siyasətinin, əsas vəzifəsi Azərbaycan gəncliyini milli-mənəvi dəyərlər ruhunda tərbiyə etmək, Azərbaycanın gələcək taleyinin həll olunmasında onları aparıcı, avanqard bir hissəyə

"Gənclər və İdman Nazirliyinin nəzdində yaradılmış Gənclər Fondunun Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna çevrilməsi onun statusunun daha da yüksəldilməsi məqsədi daşıyır. Fondun vəsaitləri də ildən-ilə artır". Bu fikirləri Azərbaycan Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın "Heydər Əliyev və Azərbaycan gəncliyi" mövzusunda keçirilən iclasında çıxışı zamanı deyib.

Əli Həsənov qeyd edib ki, Gənclər Fondu vasitəsilə böyük qrant layihələri həyata keçirilir və mindən artıq gənclər təşkilatına, yaxud ayrı-ayrı gənclərə qrantlar verilir: "Həmçinin cənab Prezident bütün bölgələrdə gənclər evlərinin tikintisinin dövlət proqramına daxil edilməsi barədə göstəriş verdi. Gənclər evləri bölgələrdə Azərbaycan dövlətinin gənclərlə bağlı siyasətinin reallaşmasını və gənclərin idarəçiliyə, istehsalata, sosial sahələrə cəlb olunmasını şərtləndirən addımlardan biridir".

PA rəsmisi dövlətin gənclərlə bağlı siyasətinə toxunaraq bildirib ki, bu gün müxtəlif istiqamətlər üzrə dövlət gənclər siyasətinin həyata keçirilməsi təmin edilir: "Bunlardan birincisi gənclərin mənəvi-əxlaqi tərbiyəsi, mədəni həyatda iştirak məsələsidir. Ümummilli lider Heydər Əliyev həmişə bu məsələyə ciddi önəm verib, bunu bütün dövlət qurumları qarşısında ali vəzifə kimi qoyub. Əgər Azərbaycan gəncliyi bu gün bizim milli-mənəvi dəyərlərimizə, əxlaqımıza, mədəniyyətimizə, dilimizə, ümumiyyətlə, Azərbaycan dəyərlərinə sahib çıxmayacaqsa, deməli bizim millətin sabahı, gələcəyi yoxdur. Ona görə də gənclər siyasətinin, dövlət proqramlarının əsas vəzifəsi Azərbaycan gəncliyini milli-mənəvi dəyərlər ruhunda tərbiyə etmək, onlarda milli irsə sahiblik hissi yaratmaq, gənclərin milli iradəsini möhkəmləndirərək Azərbaycanın gələcək taleyinin həll olunmasında onları aparıcı, avanqard bir hissəyə çevirməkdir. Bilirsiniz ki, cəmiyyətin avanqard hissəsi gənclikdir, gəncliyin də avanqard hissəsi tələbələrdir. Azərbaycan tələbələrinin ali məktəblərdə vətənpərvərlik ruhunda yetişdirilməsi, onlara milli-mənəvi dəyərlərə sahiblik hissinin aşılanması dövlət proqramının əsas vəzifələrindən biridir".

Əli Həsənov qeyd edib ki, dövlət proqramında qarşıya qoyulmuş əsas vəzifələrdən biri kimi istedadlı gəncləri müəyyənləşdirmək, onların bilik və bacarıqlarının inkişafına nail olmaq və bütün bunları dövlətin və millətin xidmətinə səfərbər etmək üçün gənclərə dövlətin diqqət və qayğısı həmişə yüksək olmalıdır.