YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Bayramov: Artıq yerli mütəxəssislər texnologiyanı idarə etmir, formalaşdırır

“Artıq yerli mütəxəssislər təkcə texnologiyanı idarə etmir eyni zamanda formalaşdıraraq onun hazırlanmasında iştirak edir. Nəticədə qara qızıl insan kapitalına çevrilir və insan kapitalı özü dəyər yaradır”. 
Bu fikirləri Yeni Tv-nin canlı yayımında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib. 
O qeyd edib ki, texnologiyanın, qurğuların hazırlanmasında yerli mütəxəssislərin iştirak etməsi həm də vəsaitə qənaət edilməsi baxımından vacibdir: “Çünki onu xaricdən idxal etmək kifayət qədər ciddi vəsait tələb edir. Eyni zamanda idxal olunan texnologiyanın idarəedilməsi üçün ayrıca mütəxəssislərə ehtiyac yaranır. Amma artıq yerli mütəxəssislər təkcə texnologiyanı idarə etmir, həm də onu formalaşdırır və onun hazırlanmasında iştirak edir. Nəticədə də qara qızıl insan kapitalına çevrilir və insan kapitalı özü dəyər yaratmış olur”. 
V.Bayramov vurğulayıb ki, Azərbaycan gələcəkdə neftlə bağlı biliyin və innovasiyanın ixracını həyata keçirə bilər: “Xəzər qapalı hövzə olduğuna görə bu gün Dövlət Neft Şirkətinə məxsus olan platformaların və qurğuların digər ölkələrdə istifadə imkanı məhduddur. Amma nəzərə alsaq ki, Qazaxıstan, İran kimi Xəzəryanı ölkələrin neft ehtiyatları kifayət qədər yüksəkdir və həmin ölkələrin yeni platformalara ehtiyacı olacaq. Belə olan halda isə növbəti illərdə mütəxəssislərimiz sözü gedən ölkələrdə bu tip platformaların hazırlanmasında və istifadə olunmasında iştirak edə bilər. Biz praktik olaraq enerji sektorunda yalnız xam neft və ya neft məhsullarının ixracı deyil, artıq o biliyin və innovasiyanın ixracını həyata keçirmiş olacağıq. Bu həm daha çox gəlir gətirir, həm də “Made in Azerbaijan” brendinin keyfiyyətcə növbəti mərhələyə qədəm qoymasına zəmin yaradır”.