YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fuad Muradov: Ötən il ölkəmizin ictimai-sosial-iqtisadi həyatında bir sıra ciddi irəliləyişlərə nail olunub

«2014-cü il Azərbaycan üçün uğurlu il oldu. Prezident İlham Əliyevin yürütdüyü siyasi kurs sayəsində ötən il ölkəmizin ictimai-sosial-iqtisadi həyatında bir sıra ciddi irəliləyişlərə nail olunub». Bu fikirləri Milli Məclisin deputatı Fuad Muradov deyib.

F.Muradov bildirib ki, Azərbaycanın dinamik inkişafı göz önündədir. Onun sözlərinə görə, inkişaf bütün istiqamətlər üzrə özünü ifadə edir.

«Parlamentdə qəbul olunmuş 2015-ci ilin dövlət büdcəsi ölkəmizin əldə etdiyi uğurların və təcrübənin bir daha təsdiqidir. Belə ki, bu ilin dövlət büdcəsi 20 milyard manatdan çoxdur. Bununla Azərbaycan özünün dövlət büdcəsi ilə də Cənubi Qafqaz regionunda ən güclü iqtisadiyyata malik olduğunu nümayiş etdirir. 2014-cü ildə də Dağlıq Qarabağ münaqişəsinin həlli dövlətimizin əsas prioritetlərindən olub. 2014-cü ildə Rusiya və Fransa prezidentlərinin, ABŞ dövlət katibinin vasitəçiliyi ilə aparılan sülh danışıqları Azərbaycanın aparıcı mövqeyinin təsiri altında keçirilib. Prezident İlham Əliyevin "status-kvo dəyişdirilməlidir" tələbi ATƏT-in Minsk qrupu, beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir. Ümid edirik ki, tezliklə işğal altında olan torpaqlarımızı azad edəcəyik»- deyə, F.Muradov qeyd edib.