YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ilə İtaliya arasında hərbi və hərbi-təhsil sahəsində əməkdaşlığının perspektivləri müzakirə edilmişdir

Mayın 8-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov İtaliya Senatının müdafiə komissiyasının sədri Nikola Latorre ilə görüşmüşdür.

Görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dövlətlərimizin regional təhlükəsizliyə verdiyi töhfələr, o cümlədən Azərbaycan ilə İtaliya arasında hərbi və hərbi-təhsil sahəsində əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Görüşdə İtaliyanın ölkəmizdəki səfiri Ciampaolo Kutillo iştirak etmişdir.