YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tanınmış amerikalı jurnalist ABŞ hakimiyyətini təqsirləndirir

ABŞ-ın CBS telekanalının sabiq aparıcısı Şeril Attkisson ölkənin Ədliyyə Nazirliyini məhkəməyə verib. Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, jurnalist nazirliyi kompüterinə haker hücumları təşkil etməkdə günahlandırır.

Teleparıcı 3 müstəqil ekspertizya əsaslanaraq iddia edir ki, hakerlər 2011-2013-cü illərdə onun işini gizlicə izləyiblər.

Jurnalistin sözlərinə əsasən, bu hücumların Ədliyyə Nazirliyi ilə birbaşa əlaqəsinin olduğunu göstərən sübutlar var.

Gizli izləmələr zamanı Ş.Attkisson Obama administrasiyasının fəaliyyəti ilə bağlı materiallar üzərində işləyib.