YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak etmiş

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri mərasimdə iştirak etmişlər.

Əvvəlcə Heydər Əliyev Fondunun 10 illik fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilmişdir.

Dövlətimizin başçısı mərasimdə nitq söylədi.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva mərasimdə çıxış etdi.

Sonra Heydər Əliyev Fondu tərəfindən təsis edilmiş “Qızıl çinar” beynəlxalq mükafatının 2014-cü il qalibləri elan olundu.

Beynəlxalq arenada Azərbaycan muğamını, qədim musiqi sənətimizi özünəməxsus ifası ilə milyonlara sevdirən Xalq Artisti Alim Qasımova Heydər Əliyev Fondunun “Qızıl çinar” beynəlxalq mükafatı təqdim olundu.

Xanəndə Alim Qasımov muğam parçası ifa etdi.

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, Heydər Əliyev Fondunun Fransada həyata keçirdiyi layihələrə fəal dəstəyinə görə Fransa senatoru xanım Natali Quleyə də Heydər Əliyev Fondunun “Qızıl çinar” mükafatı təqdim edildi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimin bədii hissəsini Azərbaycan Respublikasının Xalq Artisti Teymur Göyçayevin rəhbərliyi ilə Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri və Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı davam etdirdi.