YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Zifəroğlu: Məktəblərdə media və informasiya ilə bağlı xüsusi dərslər keçirilməlidir

“Bu günün ən böyük silahının informasiya olduğunu nəzərə alsaq, orta məktəblərdə bununla bağlı xüsusi dərslər keçirilməlidir”. 
Bu fikirləri “Yeni Tv”-nin canlı yayımında akı Dövlət Universitetinin dekanı, filologiya elmləri doktoru, əməkdar jurnalist Vüqar Zifəroğlu bildirib. 
Onun sözlərinə görə, uşaqlar bu məsələlərlə bağlı daha kiçik yaşlarından məlumatladırılmalıdır: “Bütün dünyada dezinformasiya problemi var və bu təkcə bizim ölkəmizdə belə deyil. Hər ölkədə bu və ya başqa dərəcədə xüsusi proqramlarla, tədris-təhsil sistemi, əlavə treninqlər və kurslarla bu sahə tədris olunur. Çox yaxşı olardı ki, bizdə də bu formada dərslər tədris proqramına salınsın”.
V.Zifəroğlu vurğulayıb ki, hər bir milləti millət edən onun dəyərləridir: “Dəyərləri hər bir millət yüz illər ərzində formalaşdırır. Çox yalnış düşüncədə olan bəzi insanlar deyir ki, “Sarı gəlin”i, dolmanı və lavaşı bu qədər böyütməyə ehtiyac yoxdur. Xeyr. Məsələ bu sadalananlarda deyil. Əsas məsələ mədəniyyətdir. Biz xırda elementlərimizə vaxtında sahib çıxmasaq, bu o deməkdir ki, biz mədəniyyətimizə sahib çıxa bilməyəcəyik. Tarixi və keçmişi olan bir millətin o zənginliyini ortaya qoyan iki əsas meyardan biri onun süfrə və musiqi mədəniyyətidir. Ermənin isə belə bir mədəniyyəti və qədimliyi olmadığı üçün bunlara əl ataraq bizim hesabımıza əldə etməyə çalışır. Yazdığı əfsanələrin həqiqət və qədimliyini ortaya qoymaq üçün bizim dəyərlərimizi hədəfə alaraq bunu etməyə çalışırlar. Ermənilərin bu məqsədlərini ifşa etmək və bunlara diqqət etmək lazımdır”.