YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fəzail Ağamalı: Devid Kramerin «təşəbbüsü» ölkəmizə qarşı qərəzli münasibətin ifadəsidir

«“Freedom House” təşkilatının sabiq prezidenti Devid Kramerin Azərbaycanda keçiriləcək Avropa Olimpiya  Oyunlarının boykot edilməsi ilə bağlı irəli sürdüyü «təşəbbüs» ölkəmizə qarşı qərəzli münasibətin ifadəsidir». Bu fikri AVP sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, D.Kramerin bu mövqeyi Azərbaycanın müstəqil siyasi iradəsini gözügötürməzlikdən qaynaqlanır. Onun sözlərinə görə, ölkəmizin müstəqil dövlət kimi milli maraqlarımıza uyğun siyasət yürütməsi müəyyən dairələri qıcıqlandırır.

«D.Kramerin fikirləri qərəzin və iftiranın ən yüksək pilləsidir. Əgər onlarda zərrə qədər ədalət hissi varsa, Ermənistanın işğalçılıq siyasətinə qarşı fikirlərini səsləndirsinlər, işğalçı dövlətə qarşı sanksiyaların tətbiqinə çağırışlar etsinlər. O zaman onların mövqeyini ədalətli hesab etmək olardı. Bunların heç biri yoxdur. Əksinə, bu qüvvələr  öz ölkələrində, hətta işğalçı Ermənistanda baş verən anti-demokratik proseslərə göz yumurlar»- deyə, F.Ağamalı vurğulayıb.

 

 

DİGƏR Xəbərlər Arxiv