YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar Namazov: Biz müharibənin başlanmasına hər an hazır olmalıyıq

“Ermənistan danışıqlardan çıxıb və indiki mərhələdə onu bərpa etmək mümkün deyil”.

Bu fikirləri “Yeni Tv”-nin canlı yayımında Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin direktoru Eldar Namazov bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında Ermənistanın bölgəni müharibəyə sürükləməsi ilə bağlı məsələ qaldırdı: “Prezident açıq şəkildə bildirdi ki, Ermənistan müharibəni qaçılmaz edir. Bütün bunlar onu deməyə əsas verir ki, biz müharibənin başlanmasına hər an hazır olmalıyıq. Amma maraqlı məqam odur ki, işğala məruz qalan Azərbaycan olsa da, təxribatçı addımlarla müharibəyə təhrik Ermənistan tərəfindən edilir. Bunu nə üçün edir? Çünki yeni dünya düzəninin formalaşması uğrunda mübarizənin birinci mərhələsi yekunlaşıb. İkinci mərhələdə dövlətlər koalisiyada olmalıdırlar və artıq seçim prosesi başlayıb. Ermənistan da bunu görür və anlayır ki, Türkiyənin Cənubi Qafqaza gəlişi, Azərbaycan bu ölkənin hərbi bazasının yaradılması ilə bağlı sazişi imzalansa, onlar üçün əlverişsiz şərait yaranacaq. Məhz bu səbəblərdən Ermənistan müharibəni indi başlamağa tələsir”.
E.Namazov hesab edir ki, Azərbaycanın Rusiya ilə bağlı yeni strategiya ortaya qoymasının vaxtı yetişib: “Geopolitikada müəyyən ölkələrə şərait yaradılar ki, hansısa bölgədə liderlik etsinlər. Bir şərtlə ki, müsbət nəticələri olsun. Cənubi Qafqaz elə bir bölgədir ki, SSRİ-nin dağılmasında sonra Rusiyanın burada hegemonluğu qalmışdı. Ancaq ötən 30 il ərzində Rusiya bundan necə istifadə etdi? Bölgədə problemlərin həllinə, sülhün möhkəmlənməsinə? Yox. Rusiya bu illər ərzində özünü məsuliyyətli beynəlxalq oyunçu kimi aparmadı. Əksinə Gürcüstanın ərazilərini işğal etdi, Ermənistanla hərbi müttəfiqdir, pulsuz silahlar verir. Ermənistan da torpaqlarımızı işğal edib və azad etməkdən imtina edir. Azərbaycan indiyə kimi Rusiyadan silahlar alır. Yəni Ermənistandan fərqli olaraq bu silahlar üçün pul ödəyir. Bu isə dolayısı ilə Azərbaycanın Ermənistanı silahlandırması anlamına gəlir. Ona görə Rusiya ilə bağlı yeni siyasətə keçməliyik. Hesab edirəm ki, bu siyasət “güzgü strategiyası”na əsaslanmalıdır”.

 

DİGƏR Xəbərlər Arxiv