YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında qəbul imtahanlarında yüksək bal toplayan rayon gəncləri ilə onlayn görüş olub

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatında ali məktəblərə qəbul imtahanlarında 650-dən yuxarı bal toplayaraq tələbə adını qazanan rayon gənclərilə onlayn görüş keçirilib. Görüşdə YAP Nəsimi rayon təşkilatının sədri, millət vəkili Məlahat İbrahimqızı, YAP Nəsimi rayon Gənclər Birliyinin sədri Salman Salmanov və Gənclər Birliyinin fəal üzvləri iştirak ediblər.

Görüşdən sonra YAP Nəsimi rayon təşkilatı adından tələbələrə hədiyyələr təqdim olunub.