YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransada terrorizmә qarşı ümumölkә izdihamlı nümayişi keçirilib

Yanvarın 11-dә Fransada " Charlie Hebdo" satirik jurnalı redaksiyasına hücumda hәlak olan 12 әmәkdaşın vә Vәnsan darvazasında törədilәn terror aktında dünyasını dәyişәn daha beş nәfәrin xatirәsini yad etmәk, terrorizmə qarşı münasibәt bildirmәk məqsədilə ümumölkә nümayişi keçirilib.
Parisin Respublika meydanında bir milyondan artıq nümayişçi toplaşmışdı. Onlar "Biz müsәlmanıq, biz yәhudiyik" , "Biz Charliyik", "Yaşasın Fransa Respublikası", " Yaşasın azadlıq", " Rәdd olsun terrorizm" kimi şüarlar sәslәndirir, әllәrindә terrorizmi pislәyәn transparantlar tutmuşdular.
Nümayişdә 50-dәn artiq ölkәnin Prezidenti vә Baş naziri iştirak edib. Nümayişə qatılanlar arasında Fransa Prezidenti Fransua Olland, Baş nazir Manuel Valls ilə yanaşı, Almaniyanın, Böyük Britaniyanın, İspaniyanın, İtaliyanın, Rusiyanın, Ukraynanın vә digәr ölkәlәrin rәhbәrlәri də olublar.
Nümayişdә ölkәmizi Azәrbaycan Respublikası Baş nazirinin müavini Әli Әhmәdov tәmsil edib.
Әli Әhmәdov Azərbaycan Prezidenti İlham Әliyevin başsağlığını Prezident Fransua Ollanda vә Baş nazir Manuel Vallsa çatdırıb.
Fransanın Bordo, Marsel, Lion, Strasburq vә digәr şәhәrlәrindә dә izdihamlı nümayişlәr keçirilib. Üç saatdan artıq davam edәn izdihamlı nümayiş ölkә televiziyaları vasitәsilә birbaşa yayımlanıb.