YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fransadakı Azərbaycan icması Parisdə törədilmiş terror aktı ilə bağlı bəyanat yayıb

Fransadakı Azərbaycan diasporu “Çarli Hebdo” jurnalının redaksiyasına edilmiş terror aktını pisləyən bəyanat yayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Paris Azərbaycan Evinin yaydığı bəyanatda bildirilir ki, Azərbaycan icması redaksiyanın əməkdaşlarına qarşı törədilmiş bu terror aktını insanlığa zidd addım kimi qiymətləndirir.
Bəyanatda Azərbaycan icmasının hadisə nəticəsində həlak olanların ailələrinə başsağlığı verdiyi və onların ağrı-acısını bölüşdüyü bildirilir. İnsanların dini inanclarına hörmətlə yanaşılmasına, tolerantlıq nümayiş etdirilməsinə, terrora qarşı mübarizədə birləşməyə çağırışın əksini tapdığı bəyanatda, həmçinin bu dəhşətli cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələb edilir.
Bəyanatın mətni “Çarli Hebdo” jurnalının redaksiyasına, Fransa parlamentinə, Yelisey sarayına və yerli mətbuata göndərilib.