YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xanhüseyn Kazımlı: Dünyada iqtisadi böhranın davam etdiyi bir şəraitdə Azərbaycanda qeyri-neft sektoru üzrə 7 faiz artımın qeydə alınması çox müsbət göstəricidir

«Dünyada iqtisadi böhranın davam etdiyi  bir şəraitdə Azərbaycanda qeyri-neft sektoru üzrə 7 faiz artımın qeydə alınması çox müsbət göstəricidir». Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Xanhüseyn Kazımlı deyib.

X.Kazımlı bildirib ki, Azərbaycanda iqtisadiyyatın və sosial həyatın bütün sahələrində bazar iqtisadiyyatı prinsiplərinə əməl olunur. Onun sözlərinə görə, ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, 2014-cü ildə bütün sosial-iqtisadi məsələlər uğurla və vaxtında həllini tapıb.

«Bu məsələlərin həllindəki nailiyyətlərin əsas məğzi bu üstünlüyün həm sosial, həm də iqtisadi proseslərin bir-biri ilə istər səmərəli, istərsə üzvi surətlə əlaqələndirilməsinin təşkilindən ibarətdir. Bilirsiniz ki, ölkəmizin ərazisinin 20 faizinin işğal altında olması bu ərazidəki təbii-iqtisadi resurslardan istifadəni qeyri-mümkün edib. Buna baxmayaraq, sürətli inkişaf tempini, əldə etdiyi nailiyyətləri, inflyasiyanın bir rəqəmli saxlanması həyata keçirilən uğurlu iqtisadi siyasətin bariz nümunəsidir»- deyə, X.Kazımlı vurğulayıb.