YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Leyla Abdullayeva: Dövlətimiz elm və təhsilin inkişafına xüsusi qayğı ilə yanaşır

«Hər bir ölkənin, xalqın taleyi onun təhsili ilə birbaşa bağlıdır. Bu sahəni ölkə rəhbərliyi həmişə diqqət mərkəzində saxlayır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, Prezident İlham Əliyevin  “Biz neft kapitalını insan kapitalına çevirməliyik” fikri əslində bir proqram xarakteri daşıyan prinsipdir. Onun sözlərinə görə, dövlətimiz təhsilə, elmə xüsusi qayğı ilə yanaşır.

«Ümumiyyətlə, təhsil, elm sahəsi elə sahələrdir ki, orada islahatlar vaxt aparır. Necə deyərlər, zamana ehtiyac var. Təhsil sahəsində dövlət strategiyası özlüyündə çox mühüm bir sənəddir. Orada göstərilmiş məqsədlərə çatmaq-modernləmə, şəffaf idarəetmə, beynəlxalq təcrübədən istifadə, qabaqcıl təhsil sistemi yaratmaq bu gün təhsil sahəsinin qarşısında duran başlıca vəzifədir»-deyə, L.Abdullayeva qeyd edib.