YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhəyanı zonada gərginliyin yaranma səbəbi Ermənistanın Azərbaycana qarşı təcavüzüdür

Ermənistan məqsədyönlü təxribat əməlləri vasitəsilə vəziyyəti gərginləşdirmək, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə xələl gətirmək, işğal əsasında yaranmış mövcud status-kvonu saxlamaq siyasəti yürüdür.
Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib.
H.Hacıyev bildirib ki, siyasi, iqtisadi, demoqrafik və sosial böhran şəraitində olan Ermənistan bu cür əməlləri ilə ölkə ictimaiyyətinin diqqətini ölkədaxili problemlərdən yayındırmaq məqsədini güdür.
Qeyd edilib ki, cəbhəyanı zonada gərginliyin, insan tələfatının və digər bu kimi halların baş verməsinin səbəbi Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və işğal olunmuş Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələrinin mövcudluğudur.
Diqqətə çatdırılıb ki, münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün ilk növbədə Ermənistanın işğalçı qoşunları zəbt edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır.
Mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Ermənistanın destruktiv siyasətinə və məqsədyönlü təxribatçı əməllərinə son qoymaq və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını təmin etmək üçün rəsmi Yerevana münasibətdə məcburedici tədbirlərin görülməsi, o cümlədən BMT Nizamnaməsində nəzərdə tutulan sanksiyaların tətbiq edilməsi ciddi surətdə nəzərdən keçirilməlidir.