YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Astan Şahverdiyev: 2014-cü il ölkəmizin dinamik inkişafını davam etdirməsi ilə yadda qaldı

«2014-cü il dünyada baş verən iqtisadi və maliyyə böhranının fonunda ölkəmizin artan xətlə dinamik inkişafını davam etdirməsi ilə yadda qaldı». Bu fikri Milli Məclisin deputatı Astan Şahverdiyev deyib.

A.Şahverdiyev bildirib ki, ötən il Prezident İlham Əliyev uğurlu xarici siyasət kursunu davam etdirməklə yanaşı, Azərbaycana qarşı təhdidləri, təzyiqləri, hücumları qətiyyətlə dəf etdi. Onun sözlərinə görə, Azərbaycanın həm ölkə daxilində, həm də beynəlxalq arenada bir sıra mötəbər tədbirlərdə yaxından iştirak etməsi, bəzilərinə rəhbərlik etməsi ən böyük nailiyyətlərimizdən biridir.

«2014-cü ilin ikinci yarısında erməni işğalçılarının təmas xəttində törətdikləri təxribatlara ordumuz qətiyyətlə cavab verdi. Ermənistan və onun havadarlarının qeyri-konstruktiv mövqeyini davam etdirməsi, onların iç üzünün-işğalçılıq siyasətinin beynəlaxalq ictimaiyyətə çatdırılması istiqamətində Azərbaycan Prezidenti, müvafiq dövlət orqanları, o cümlədən ictimaiyyət əlindən gələni edir. Biz ümidvarıq ki, tezliklə bu  problem həllini tapacaq»- deyə, A.Şahverdiyev qeyd edib.  

DİGƏR Xəbərlər Arxiv