YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Musa Qasımlı: Ermənistanı Azərbaycan ilə müqayisə etmək mümkün deyil

«Dövlətin gücünü müəyyənləşdirən meyarlar baxımından Ermənistanı Azərbaycan ilə müqayisə etmək mümkün deyil». Bu fikri Milli Məclisin deputatı Musa Qasımlı deyib.

M.Qasımlı bildirib ki, bir dövlətin digər bir ölkənin ərazisini işğal etməyə qadir olan ordu yaratmaq üçün insan ehtiyatı, maliyyə, iqtisadi  gücü, hərbi-sənaye kompleksi, digər resursları və s. olmalıdır. Onun sözlərinə görə, bunlar Ermənistanda yoxdur.

«Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında bu məsələ ilə bağlı söylədikləri gerçəkliyi əks etdirir. Ermənistanın təkbaşına Azərbaycanın torpaqlarını işğal etməsi üçün gücü olmayıb və indi də yoxdur. Qərbdəki müəyyən dairələr konkret strateji məqsədlərini həyata keçirmək üçün Ermənistanın Azərbaycana qarşı təcavüzünü müəyyən pərdələr altında müdafiə etdilər. Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin bu gün dinc yolla həll edilməməsinin səbəblərindən biri də, məhz müxtəlif dövlətlərin regionda maraqlarının toqquşmasıdır»- deyə, M.Qasımlı qeyd edib.