YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Novruz Aslanov: Əminliklə demək olar ki, qarşıdakı illər Azərbaycan üçün daha uğurlu olacaq

«Müstəqil Azərbaycan tarix baxımından çox qısa dövr ərzində böyük inkişaf yolu keçib. Bu gün Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkələr sırasındadır». Bu fikirləri Milli Məclisin deputatı Novruz Aslanov deyib.

N.Aslanov bildirib ki, ölkədə hüquqi, demokratik dövlət quruculuğu, bazar iqtisadiyyatının inkişafı və bütün digər sahələrdə genişmiqyaslı islahatlar davam etdirilir. Onun sözlərinə görə, insan hüquqları və azadlıqları da etibarlı surətdə təmin edilir.

«Bütün sahələrdə əldə etdiymiz uğurlar Prezident İlham Əliyevin adı ilə bağlıdır. Prezidentimizin məqsədyönlü siyasəti xalqımız və bütün dünya azərbaycanlıları tərəfindən yüksək qiymətləndirilir. Məhz bu mənəvi birlik və milli həmrəylik dövlət müstəqilliymizin daha da möhkəmləndirilməsinə və bu yolda yeni uğurlar qazanılmasına xidmət edir. Böyük əminliklə demək olar ki, qarşıdakı illər Azərbaycan üçün daha uğurlu, daha böyük nailiyyətlərlə zəngin olacaq»- deyə, N.Aslanov vurğulayıb.