YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Məmmədov: Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək hüququna malikdir

«İyirmi ildən artıqdır ki, Azərbaycan əraziləri Ermənistan kimi işğalçı, təcavüzkar bir dövlət tərəfindən işğal olunub. Təbii ki, Azərbaycan həm öz qanunlarına, həm də BMT-nın qəbul etdiyi qətnamələrə əsasən öz torpaqlarını təcavüzkar erməni rejiminin tapdağından azad etmək hüququna malikdir». Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, beynəlxalq hüquqa əsasən Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək hüququna malikdir.

«Bu yöndə Azərbaycan  tam şəkildə hərbi əməliyyatlar keçirmək səlahiyyətinə də malikdir. İşğalçı Ermənistanla yanaşı, ona havadarlıq edən, onun işğalına göz yuman  dövlətlər və beynəlxalq qurumlar da yaranacaq vəziyyətə görə məsuliyyət daşıyırlar»- deyə, E.Məmmədov qeyd edib.