YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ulu öndər Heydər Əliyevin siyasəti təkcə Azərbaycanın deyil, Türkiyənin də inkişafına xidmət etmişdir

Mayın 10-da İstanbuldakı Heydər Əliyev Parkı başdan-başa gül-çiçəyə bürünmüşdü. Ulu Öndərin xatirəsinə ehtiram əlaməti olaraq Parka gələnlərin ardı-arası kəsilmirdi. Ziyarətçilər arasında Türk Dünyası Kültür və İnsan Haqları Dərnəyini rəhbəri Cəlal Öcal da var idi. 

C.Öcal AzərTAc-a müsahibəsində demişdir: Heydər Əliyev Azərbaycan ilə Türkiyə arasında qədim tarixə malik dostluq və qardaşlıq tellərini öz müdrik siyasəti ilə daha da möhkəmləndirən tarixi şəxsiyyətdir. Ulu Öndər hələ sağlığında qəlbimizdə özünə abidə ucaltmışdır. Onun uzaqgörən siyasəti Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadiyyatının inkişafında nə qədər əhəmiyyətli olmuşdursa, Türkiyə üçün də bir o qədər həyati əhəmiyyət daşımışdır.