YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aprel ayında Bakı-Tbilisi-Ceyhan kəməri ilə 2,4 milyon ton Azərbaycan nefti nəql olunmuşdur

Cari ilin aprel ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 470 min 65 ton Azərbaycan nefti nəql olunmuşdur.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən bildirmişlər ki, cari ilin yanvar-aprel aylarında bu kəmərlə 9 milyon 474 min 129 ton neft ötürülümüşdür. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2014-cü il mayın 1-dək BTC-yə 244 milyon 615 min 722 ton neft vurulmuşdur. Bundan əlavə, cari ilin aprel ayında BTC kəməri ilə ümumilikdə 414 min 52 ton Türkmənistan və Qazaxıstan nefti də nəql olunmuşdur.