YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Ankaraya səfəri Türkiyə mediasının əsas mövzusudur

Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Türkiyə Respublikasına dövlət səfəri qardaş ölkə mediasının əsas mövzusudur.
Bu barədə ölkənin aparıcı xəbər agentlikləri, televiziya kanalları və nüfuzlu qəzetlər silsilə materiallar yaymaqda davam edir.
Mətbuat yazır ki, Azərbaycanla Türkiyənin sülhə və inkişafa xidmət edən strateji münasibətləri dünya dövlətləri üçün örnəkdir. Diqqətə çatdırılır ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-Türkiyə müttəfiqliyi Prezident İlham Əliyevin uğurla davam etdirdiyi siyasət nəticəsində daha da möhkəmlənib.
Səfərin əhəmiyyəti analitiklər tərəfindən geniş şərh edilməkdədir.