YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Azərbaycan strateji tərəfdaş kimi öz milli maraqları əsasında bütün öhdəlikləri yerinə yetirib

«Son zamanlar ABŞ-da bir sıra dövlət qurumları və institutları Azərbaycanla bağlı qərəzli, həqiqəti əks etdirməyən bəyanatlar səsləndirirlər. Bunlar ABŞ-ın Azərbaycanla strateji əməkdaşlığının mahiyyətini əks etdirməyən bəyanatlardır». Bu fikirləri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, bu cür qərəzli bəyanatlarla bağlı Azərbaycan ictimaiyyətində haqlı narazılıq və narahatlıq yaranıb. Onun sözlərinə görə, ölkəmiz haqqında  qərəzli bəyanatlar səsləndirməyin heç bir əsası yoxdur.

«Azərbaycan strateji tərəfdaş kimi öz milli maraqları əsasında bütün öhdəlikləri yerinə yetirib. Azərbaycanda qanunların aliliyi əsasında ictimai asayişin qorunması naminə hüquqi addımların atılması ABŞ-da narazılıq yaradır. ABŞ-ın keçmiş diplomatlarının dilə ilə Azərbaycana mesajlar verməyə çalışırlar. Kozlariç, Kramer kimi şəxslər Vyana Konvensiyasının tələblərini pozaraq çağırışlar edirlər. Bu cür hallar yolverilməzdir. Bütün hallarda Azərbaycan öz daxili və xarici siyasətini milli maraqlar əsasında davam etdirir, ona görə də bu cür təzyiq cəhdləri heç bir nəticə verməyəcək»-deyə, A. Quliyev vurğulayıb.