YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın müdafiə naziri İranda bir sıra görüşlər keçirmişdir

 

İranın müdafiə və Silahlı Qüvvələrə dəstək naziri Hüseyn Dehqanın dəvəti ilə Tehranda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti bu ölkənin vitse-prezidenti İshaq Cahangiri ilə görüşmüşdür.
Görüşdə İ.Cahangiri demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin ötən həftə Tehrana rəsmi səfəri ikitərəfli əlaqələrin inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. İran istəyir ki, qonşuluqda ortaq tarixi, mədəni və dini dəyərləri paylaşan Azərbaycan kimi güclü dövlət olsun. Hər iki dövlət iqtisadi və ticarət əlaqələrini gücləndirmək əzmindədir. Prezidentlər İlham Əliyevin və Həsən Ruhaninin iştirakı ilə imzalanmış sənədlər bu prosesə böyük təkan verəcəkdir.
General-polkovnik Z.Həsənov bildirmişdir ki, əlaqələrimizin bütün istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində inkişafı hər iki ölkənin maraqlarına cavab verir.
Həmin gün Azərbaycanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general-mayor Həsən Firuzobadi ilə görüşmüşdür.
Görüşdə İran ilə Azərbaycan arasında təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.
Azərbaycanın İrandakı səfiri Cavanşir Axundov görüşlərdə iştirak etmişdir.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyətinin Tehrana səfəri aprelin 15-də başa çatmışdır.

 

DİGƏR Xəbərlər Arxiv