YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Murtuzəli Hacıyev: Sərəncamla bağlı olaraq Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib

«Prezident İlham Əliyevin 2015-ci ilin Azərbaycan Respublikasında “Kənd təsərrüfatı ili” elan edilməsi haqqında sərəncamı ilə bağlı olaraq Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib».  Bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib.

 M.Hacıyev bildirb ki, hazırda sərəncamla bağlı olaraq işlər görülür, struktur bölmələri təkliflərini verdikdən sonra tədbirlər planı haqqında açıqlama veriləcək. Onun sözlərinə görə,  tapşırıqda bildirilir ki, struktur bölmələri qısa zaman kəsiyində öz təkliflərini hazırlayıb təqdim etsinlər.

«Onlar təkliflərini tam hazırladıqdan sonra bununla bağlı açıqlama veriləcək. Hansı sahələr üzrə təkliflərin hazırlanması ilə bağlı məsələyə gəldikdə isə sərəncamda da bildirilir ki, Kənd Təsərrüfatı Nazirliyi Nazirlər Kabineti ilə birlikdə 1 ay müddətində işləyib hazırlasın. Bu istiqamətdə görülən işlər barədə ictimaiyyətə məlumat veriləcək»- deyə, M.Hacıyev qeyd edib.