YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi keçiriləcək

Bu il ərzində Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə təlimi, “IŞIK-2015” və “ANADOLU KARTALI-2015” Hərbi Hava Qüvvələri təlimlərinin keçirilməsi nəzərdə tutulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, eyni zamanda, Türkiyə Silahlı Qüvvələrində keçiriləcək milli təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndə heyətinin iştirakı da planlaşdırılır.
Bundan əlavə, Xəzər dənizində Azərbaycan-Rusiya və Azərbaycan-Rusiya-Qazaxıstan birgə təlimlərinin keçirilməsi də nəzərdə tutulub.