YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Dubay şəhərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Yanvarın 18-də Azərbaycan Respublikasının Dubay şəhərindəki baş konsulluğunda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar tədbir keçirilib.
Baş konsulluqdan bildiriblər ki, əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət himni səsləndirilib.
Anma mərasimində çıxış edən baş konsul Pərviz İsmayılzadə günahsız insanların qətli ilə nəticələnən Qanlı Yanvar gecəsinin, qanla yazılmış şanlı tariximizin azərbaycanlıların kimliyini, məğlubedilməzliyini bir daha sübut etdiyini, Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin hər zaman xatırlanmalı və yad edilməli olduğunu bildirib.
Sonra xarici ölkələrdəki Azərbaycan icmaları üçün hazırlanmış “20 Yanvar” adlı film nümayiş olunub.
Mərasimin sonunda faciə ilə bağlı foto-slayd nümayiş etdirilib və qonaqlar üçün çay süfrəsi təşkil olunub.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin, “Azərbaycan Hava Yolları” QSC-nin, Azərbaycan Beynəlxalq Bankının, Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən diasporumuzun Dubay şəhərindəki nümayəndələri, yerli KİV-lərin təmsilçiləri və digər qonaqlar iştirak ediblər.