YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Necdet Ünüvar: 20 Yanvar Azərbaycan və Türkiyənin ortaq acısıdır

20 Yanvar Azərbaycan və Türkiyənin ortaq acısıdır. Bunu Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Necdet Ünüvar bildirib. Bu haqda Türkiyənin Azərbaycandakı səfirliyindən Trend ə daxil olan məlumatda qeyd edilib.

N.Ünüvar qeyd edib ki, Azərbaycan xalqının azadlıq və müstəqillik tələbi Sovetl ittifaqının çökməsi üçün zəmin hazırlamışdı.

Onun sözlərinə görə, 20 Yanvar hadisələri Azərbaycan xalqına qarşı, vəhşicəsinə törədilmiş bir zülmdür, Türkiyə bu məsələdə hər zaman zülmə məruz qalan Azərbaycanın yanında olub və bundan sonra da olacaq: "Azərbaycanla bir milllət iki dövlət olaraq, bu acını bir yerdə yaşadıq, birlikdə kədərləndik. 20 Yanvar günü münasibətilə bütün Azərbaycan və Türkiyə xalqına baş sağlığı verir, faciədə ölənlərə Allahdan rəhmət diləyirəm”.

 

DİGƏR Xəbərlər Arxiv