YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səməd Seyidov: Prioritetimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini AŞPA-nın gündəliyinə çıxarmaqdır

«AŞPA-nın hər bir sessiyası kimi, yanvar ayının sonlarında keçiriləcək qış sessiyası da bizim üçün əhəmiyyətlidir». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. 

S.Seyidov bildirib ki, dünyada baş verən bir sıra mürəkkəb məsələlər, müəyyən proseslər AŞPA-da müzakirə olunacaq. Onun sözlərinə görə, Azərbaycan  nümayəndə heyəti bu müzakirələrdə fəal iştirak edəcək.

«Lakin prioritetimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini AŞPA-nın gündəliyinə çıxarmaqdır. Dəfələrlə bildirmişik ki, bu məsələ Avropa Şurasının gündəmində olmalıdır və biz quruma məhz bu məsələni beynəlxalq ictimaiyyətə çatdırmaq üçün daxil olmuşuq. Azərbaycan Avropa Şurasının üzvü seçilərkən biz dünya ictimaiyyətinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin çatdırılmasını qarşımıza əsas hədəf qoymuşduq. İndi də belədir. Ona görə də hər bir sessiyada olduğu kimi, AŞPA-nın bu sessiyasında, eləcə də komitə iclaslarında, siyasi partiyaların toplantılarında biz Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələni bir daha gündəmə gətirəcəyik. Bu, bizim üçün çox vacib və prioritet məsələdir»- deyə, komitə sədri vurğulayıb.