YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Akif Əlizadə: Alimlərimizin əsas fəaliyyəti innovativ elmin inkişafına yönəlməlidir

«Alimlərimizin əsas fəaliyyəti innovativ elmin inkişafına yönəlməlidir». Bu fikri AMEA-nın prezidenti, akademik Akif Əlizadə deyib.

A.Əlizadə bildirib ki, tədqiqat işlərinin səmərəli mexanizmlər üzərində qurulmasını təmin etmək və müəssisələr üçün aktual məsələlərin daha geniş müzakirəsinə nail olmaq üçün zəruri addımlar atılır. Onun sözlərinə görə, akademiyada aparılan islahatları sürətləndirmək məqsədi ilə qurumun elmi müəssisələrinin strukturunda müəyyən dəyişikliklər edilib.

«Bu da müxtəlif istehsal sahələrinə dair innovativ təkliflərin irəli sürülməsi və onların həyata keçirilməsinə gətirib çıxaracaq. Xüsusilə son zamanlar kadr hazırlığında gənclərə böyük önəm verilir. Eləcə də, yüksəkixtisaslı gənc alim və mütəxəssislərin yetişdirilir»- deyə, akademik vurğulayıb.


 

DİGƏR Xəbərlər Arxiv