Xəbərlər
Əhalinin banklardakı əmanətlərinin həcmi 10,4 faiz artıb
Ötən il dekabrın 1-nə əhalinin banklardakı əmanətlərinin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz artaraq 7,1 milyard manata çatıb.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, əmanətlərin 4,5 milyard manatı və ya 63,2 faizi milli, 2,6 milyard manatı xarici valyutada qoyulub. Əmanətlərin 76,6 faizi özəl banklarda yerləşdirilib.