YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə naziri Zakir Həsənov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb

Yanvarın 21-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Fransanın ölkəmizdəki səfiri Paskal Mönye ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, regiondakı hərbi-siyasi vəziyyətə toxunan nazir Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.
Səfir Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etməsindən məmnun olduğunu bildirib.
Görüşdə Azərbaycan-Fransa hərbi və hərbi-texniki əlaqələrinin inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.