YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Davos İqtisadi Forumu öz işinə başlayıb

Yanvarın 21-də İsveçrənin Davos şəhərində 45-ci ənənəvi illik Dünya İqtisadi Forumu işə başlayıb.
Yanvarın 25-dək davam edəcək və “Yeni qlobal kontekst” devizi altında keçirilən forumun gündəliyinə dünya bazarlarındakı mövcud durum, aparıcı valyutaların məzənnələrindəki dəyişikliklər, neft bazarındakı qiymət, müxtəlif münaqişə ocaqlarının yenidən alovlanması və terror təhlükəsinin artması kimi mövzular salınıb.
Dünya İqtisadi Forumunun təsisçisi və sədri Klaus Şvab forumdan öncə jurnalistlərə verdiyi açıqlamada dünyanın yol ayırıcında durduğunu və problemlərin həlli üçün birgə səylərin göstərilməli olduğunu vurğulayıb. O, dünyanı əhatə edən problemlərin müzakirə edilməsi üçün Davos Forumunun mühüm əhəmiyyətə malik olduğunu qeyd edib.
Hər il olduğu kimi bu il də forumun işində dövlət və hökumət başçıları, nazirlər, dünyanın aparıcı şirkətlərinin rəhbərləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Tədbirə dünyanın 140-dan artıq ölkəsindən 2500-dən artıq nümayəndə qatılıb.