YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Niderlandın “Damen Shipyards Group” şirkətinin sədri ilə görüşüb

Yanvarın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Niderlandın “Damen Shipyards Group” şirkətinin sədri Kommer Damen ilə görüşüb.
Görüşdə “Damen Shipyards Group” şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında artıq səmərəli əməkdaşlığın başlandığı vurğulandı.
Kommer Damen rəhbəri olduğu şirkətin Azərbaycanda hərbi, mülki və xidməti gəmilərin istehsalına maraq göstərdiyini bildirdi.
Söhbət zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.