YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqdir və ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir

Mayın 10-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə çıxış edən Prezident İlham Əliyev ötən əsrin 90-cı illərinin əvvələrində Azərbaycanın üzləşdiyi fəlakətli vəziyyətdən bəhs edərkən: “Belə ağır vəziyyətdə xalqın tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanı böyük bəlalardan xilas etdi.”-deyə qeyd etmişdir.

1993-2003-cü illərdə ölkəmizin hərtərəfli inkişafı ilə bağlı müxtəlif proqramlar qəbul edilmişdir, islahatlar aparılmışdır. Heydər Əliyev neft strategiyası müəyyən edilmişdir və bu gün hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında bu siyasətin əlamətlərini görür. Çünki bizim uğurlu iqtisadi inkişafımızın təməli məhz o illərdə qoyulmuşdur.

Bu gün Azərbaycan inamla, uğurla inkişaf edir. Biz Heydər Əliyevin davamçıları onun siyasi xəttinə sadiqik. Son on il ərzində Azərbaycan bu yolla gedir, Heydər Əliyevin siyasi vəsiyyətinə sadiqdir və ölkəmizin bugünkü reallıqları, bugünkü vəziyyəti bu yolun nə qədər düzgün olmasını əyani şəkildə sübut edir.

2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir. Mən isə söz vermişdim ki, bu siyasətə sadiq qalacağam. Bizim verdiyimiz bütün vədlər həyatda öz əksini tapmışdır və 2008-ci ildə yenidən Azərbaycan xalqı öz etimadını göstərmişdir. Ölkəmizin son on il ərzindəki dünya miqyasında iqtisadi sahədə analoqu olmayan inkişafı əlbəttə ki, 2013-cü ildə xalqın seçiminə təsir göstərmişdir.