YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Azərbaycanda normal ictimai-siyasi mühit mövcuddur

«Bu gün Azərbaycanda çox normal ictimai-siyasi mühit mövcuddur. Azərbaycanda demokratik vətəndaş cəmiyyəti qurulmaqdadır və bu yöndə də artıq müəyyən qədər yol keçmişik». Bu fikirləri Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki,  ölkəmizin uğurları davamlı xarakter daşıyır. Onun sözlərinə görə, vaxtilə Azərbaycan çox çətinliklərlə üz-üzə qalmışdı.

«Ancaq həmin zamanlarda Azərbaycan bu proseslərdən çox rahatlıqla çıxdı və həmin o siyasət ki Azərbaycanı irəliyə aparır, ötən illər ərzində baş verənlər doğrudan da, onun yeganə düzgün siyasət olduğunu sübut etdi. Bu il ölkəmizdə parlament seçkiləri keçiriləcək və seçki ilində ictimai-siyasi vəziyyət normaldır. Azərbaycanda müxtəlif siyasi partiyalar var. Bu partiyalar özləri dəfələrlə bir neçə yerə bölünüblər, onların da çoxsaylı liderləri var, o liderlərin hər biriləri deputat olmaq istəyir. Bu baxımdan, hesab edirəm ki,  seçkilərdə çox güclü bir rəqabətin, yarışın şahidi olacağıq»- deyə, vitse-spiker vurğulayıb.