YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yunanıstanın ateist Baş naziri yeni hökuməti formalaşdırdı

Yunanıstanda Radikal Solçu Qüvvələr Koalisiyasının (SİRİZA) lideri Aleksis Sipras Baş nazir qismində andiçmə mərasimində Bibliyaya and içməkdən imtina edib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, bunun əvəzinə o, vətəndaş andı içib.

Yeni Baş nazir deyib: "Cənab Prezident, sizi əmin edirəm ki, Yunanıstan xalqının maraqlarına uyğun olaraq həmişə konstitusiyaya və qanunlara əməl edəcəyəm".

Qeyd edək ki, ötən gün Yunanıstanda keçirilmiş parlament seçkilərində Radikal Solçu Qüvvələr Koalisiyası parlamentdə 149 yer əldə edib. Hökuməti təkbaşına formalaşdırmaq üçün SİRİZA-nın iki mandatı çatmayıb.